Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi - FOTO

img

05-10-2018 [15:14]


Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, "Neftçi” ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının bombardiri  Vəli Qasımovun 50 yaşı tamam olub.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Vəli Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. 

Qeyd edək ki, V.Qasımov hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.



Digər xəbərlər
SON XƏBƏRLƏR