Şriftin ölçüsü / 109 dəfə oxunub

Rusiya ilə Hindistan ABŞ-ı qəzəbləndirən müqaviləni imzalayıb - “S-400”lərin tədarükü ilə bağlı

05 Oktyabr 2018 [14:59]
 Rusiya ilə Hindistan "S-400” hava hücumundan müfadiə sisteminin tədarükü ilə bağlı müqavilə imzalayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, "Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri çərçivəsində "S-400”lə bağlı müqavilə imzalanıb” sualına cavabında deyib: "Bəli. Vladimir Putinin səfəri zamanı müqavilə imzalanıb”.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmisi "The Hindu” adlı sayta Hindistanın Rusiyadan "S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacağını bildirmişdi. 


SON XƏBƏRLƏR