“Bəs niyə özün dəyişmirsən?” - Oqtay Əsədov deputata irad tutdu

img

05-10-2018 [13:01]


Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.

Bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev deyib. O hesab edir ki, insanların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı.

"Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.

İclasda çıxış edən deputat Aqil Abbas isə Fərəc Quliyevin fikirlərinə etiraz edib: 
"İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu, könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə çıxışlardan sonra üzünü deputat Əli Hüseynliyə tutaraq soruşub:

"Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib...”.

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR