Şriftin ölçüsü / 119 dəfə oxunub

Azərbaycanda xarici ölkələrin laboratoriyaları yoxdur - Müdafiə Nazirliyi

05 Oktyabr 2018 [11:53]
Azərbaycan Respublikasının ərazisində xarici dövlətin nəzarəti altında olan hər hansı laboratoriya mövcud deyil.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "RİA Novosti” agentliyinə məlumat verilib.

"Azərbaycan ərazisində xarici dövlətin nəzarəti altında olan hər hansı laboratoriya mövcud deyil. Ona görə də, hansısa laboratoriyaların yenidən bərpasından söhbət gedə bilməz”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov Ukrayna, Azərbaycan və Özbəkistanda Pentaqonun nəzarəti altında olan laboratoriyaların yenidən bərpasının davam etdiyini bildirmişdi.



SON XƏBƏRLƏR