“Qarabağ” - "Arsenal" oyunu: ingilislər 3 qol vurdu, "Sportinq" isə "Vorskla"nı son dəqiqə qolu ilə yıxdı

img

04-10-2018 [22:47]


UEFA Avropa Liqasının II turu çərçivəsində "Arsenal"ı Bakıda qəbul edən "Qarabağ” budəfəki qarşılaşmadan da məğlub ayrılıb.

Mia.az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində "Arsenal” Sokratis Papastathopoulosun qolu ilə hesabı açıb - 0:1.

İlk hissədə bir neçə dəfə "Qarabağ"ın hesabı bərabərləşdirmək şansları olsa da, futbolçularımız əlverişli vəziyyəti qola çevirə bilməyiblər.

İkinci hissəyə daha təmkinli başlayan "Arsenal" 8 dəqiqə sonra fərqi artırıb. Belə ki, 53-cü dəqiqədə "Arsenal"ın oyunçusu Smith-Rov topu "Qarabağ"ın qapısından keçirib - 0:2.

79-cu dəıqiqədə "Arsenal" Guendouzin qolu ilə fərqi bir qədər də artırıb - 0:3.

Belələliklə, oyun bu hesabla başa çatıb.

Qrupun digər oyununda "Vorskla" isə evində "Sportinq"ə son dəqiqədə uduzub. Belə ki, qonaqlar 90+3-cü dəqiqədə qələbə qolunu vurub - 1-2.

Bu nəticələrdən sonra "Arsenal" 6 xalla qrupa başçılıq edir. "Sportinq"in 6 xalı olsa da, top fərqinə görə 2-cidir. "Vorskla" ilə "Qarabağ" qrupda xalsızdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR