Şriftin ölçüsü / 194 dəfə oxunub

Prezident İlham Əliyev İraqın yeni prezidentinə məktub göndərdi - Mətn

04 Oktyabr 2018 [17:57]

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.

Mia.az həmin mıəktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.



SON XƏBƏRLƏR