"Bakı Qarabağ ərazilərini qan tökülmədən geri ala bilər" - Rusiyalı teleaparıcıdan şərh

img

04-10-2018 [16:17]


Ermənistan yenidən silkələnir və elə görünür ki, ölkə vətəndaş müharibəsi astanasındadır.

Bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov Ermənistandakı son hadisələri şərh edərkən deyib.

Ekspert bildirib ki, populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyan yarana vəziyyəti nəzarətdə saxlaya bilməyib:

"O bəyan edir ki, onu xalq dəstəkləyir, amma elə həmin xalq onu tarixin bir kənarına atacaq. Aydındır ki, buraxılması istənildiyi parlamentdə oturanlar və istefaya göndərilmiş nazirlər öz mövqelərini asanlıqla verməyəcək”.

Onun sözlərinə görə, tarix hər zaman ardıcıldır və məxməri inqilablar həmişə öz qəhrəmanlarını udur və Ermənistan ya xarici vasitəçilərin köməyi ilə vəziyyəti sabitləşdirməklə inkişaf yoluna çıxacaq, ya da ölkədə vətəndaş müharibəsi xaosu yaranacaq:

"Hesab edəriəm ki, Paşinyan müəyyən şərtlərlə Azərbaycana da müraciət edə bilər. Azərbaycan hələ ki, sakitcə müşahidə edir və Dağlıq Qarabağ məsələsinin həlli üçün vəziyyətdən istifadə etmir. Əslində, Yerevanda vəziyyət çox ağırdır. Bura Vladimir Putinin Yerevana baş tutmayan səfərini və onun Paşinyanla Düşənbədə çox qısa söhbətini əlavə etmək olar. Fikrimcə, bütün bunlar təsadüfi deyil”.

Rusiya ekspert əlavə edib ki, bu vəziyyətdə Bakı de-yure Azərbaycana məxsus olan Qarabağ ərazilərini faktiki olaraq qan tökülmədən geri ala bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR