Şriftin ölçüsü / 241 dəfə oxunub

Rusiya ilə Niderland arasında gərginlik - Müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

04 Oktyabr 2018 [15:53]
Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.

"RİA Novosti" xəbər verir ki, buna səbəb dörd Rusiya vətəndaşının Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) kiberhücum həyata keçirilməsində ittiham edilməsidir. 

Qeyd edək ki, daha əvvəl Niderland hökuməti OPCW-yə qarşı Rusiya tərəfdən olan kiberhücumun qarşısının alındığını bəyan edib. Qeyd olunur ki, şübhəli şəxslər ölkədən göndəriləcək/Report.


SON XƏBƏRLƏR