ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Elmar Məmmədyarov Bağdad Amreyevi qəbul etdi - XİN-də müzakirə - mia.az
Şriftin ölçüsü / 257 dəfə oxunub

Elmar Məmmədyarov Bağdad Amreyevi qəbul etdi - XİN-də müzakirə

04 Oktyabr 2018 [15:41]
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeni baş katibi Bağdad Amreyevi qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, nazir qonağı Türk Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib.

B.Amreyev öz fəaliyyətində dövlət başçılarının qəbul etdiyi qərarlar əsasında Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bu işdə həmişə dayaq olacağına ümidvar olduğunu bildirib. Bu mənada Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.

Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Ölkələrimiz arasında iqtisadi-ticari və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. Həmçinin Türk Şurasının BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

E.Məmmədyarov baş katibə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfəsini davam verəcəyini söyləyib.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR