Bakı Lift İdarəsinin qalmaqallı rəisinə cinayət işi açıldı - Baş prokurorluq

img

04-10-2018 [15:13]


 Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Report”a bildirib ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb: "Baş prokurorun təqdimatı əsasında "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır".

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, "Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürovun Azərbaycanı tərk etməsi haqda xəbər yayılıb. Bildirilib ki, o, İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır. İddia olunub ki, Q. Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR