Universitet müəllimi tələbə qəbulu ilə bağlı iki nəfəri aldadıb? - Polis araşdırır

img

04-10-2018 [15:02]


Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.

Trend-in məlumatına görə, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib.

Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb.

Lakin həmin şəxs onu aldadıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR