Ukrayna XİN-dən Macarıstana nota – Konsul “arzuolunmaz şəxs” elan olundu

img

04-10-2018 [13:59]


Rəsmi Kiyev Macarıstanın Ukraynanın Bereqovo şəhərindəki konsulu Matyaş Siladini "aruzolunmaz şəxs” ("persona- non qrat”) elan edib.

Bunu Ukraynanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, Macarıstan Ukraynanın qərbində yaşayan Ukrayna vətəndaşlarına Macarıstan vətəndaşlığına dair paspotr verirmiş. Bu iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Konsulun "arzuedilməz şəxs” elan edilməsinin də bununla bağlı olduğu istisna deyil.

Xatırladaq ki, Bereqovo şəhəri Ukraynanın qərbində - Karpatı bölgəsində yerləşir. Macarıstanın Kiyev və Ujqorod şəhərlərində də konsulluğu fəaliyət göstərir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR