Zakir Həsənov Zurab Pataradze ilə bir araya gəldi - Görüş + FOTO

img

04-10-2018 [13:33]


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR