Paşinyan 6 məmuru işdən qovdu - “Xəyanət” ediblər

img

04-10-2018 [13:16]


Ermənistan hökuməti Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan qubernatorları vəzifəsindən azad edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Vayotsdzor qubernatoru Araqats Saqatelyan, Armavir vilayətinin qubernatoru Qagik Miricanyan, Araqatsots qubernatoru Aşot Simonyan, Geqarkunik qubernatoru İşxan Saqatelyan, Sünik qubernatoru Karen Ambartsumyan və Lori vilayətinin qubernatoru Qrant Markaryan işdən qovub.

Paşinyan buna səbəb kimi son hadisələri göstərib və və yola saldığı qubernatorlara "uğurlar” arzulayıb.
Qeyd edək ki, ötən gün Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarından olan 6 nazir vəzifədən çıxarılmışdı.
BakuPost 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR