Şriftin ölçüsü / 233 dəfə oxunub

Rusiya vətəndaşının maşınından marixuana, bıçaq, tapança və ratsiya çıxdı - Əməliyyat

04 Oktyabr 2018 [12:57]

Azərbaycan gömrükçüləri narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Mia.az DGK-ya istinadən bildirir ki, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi "Ford Mondeo" markalı minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd "Kenwood" markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində "Maqnum; патрон 9 mm травматический" markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR