Daxili İşlər Nazirliyi bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı açıqlama yaydı - Adlar açıqlandı

img

04-10-2018 [12:27]


Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi "VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi "Hovo” markalı avtomobillər toqquşub. 

Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR