PKK-dan Türkiyə hərbçilərinə qarşı terror - 7 əsgər şəhid oldu, 3-ü ağır yaralandı

img

04-10-2018 [12:03]


PKK terrorçuları Türkiyədə daha bir terror törədib.

Mia.az Türkiyə mətbuatına istindadən bildirir ki, Batman vilayətində reyd keçirən hərbçilərin  hərəkətdə olan maşınları yola basdırılmış uzaqdan idarə olunan mina ilə partladılıb.

Məlumata görə, hadisə yerində 4 əsgər şəhid olub, 5-i isə yaralanıb: "Xəstəxanaya çatdırılan 5 yaralıdan isə 3-ü  həkimlərin səylərinə baxmayaraq, orada dünyalarını dəyişiblər”.

Məlumata görə, hazırda Türkiyə təhlükəsizlik qüvvələri bölgədə geniş çaplı əməliyyata aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR