Şriftin ölçüsü / 266 dəfə oxunub

ABŞ dollarının hökmranlığı sarsılıb - "Bloomberg"dən təhlil

04 Oktyabr 2018 [11:53]

"Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Dolların tiranlığı sona çatır".

Bunu "Bloomberg" agentliyi yazıb. 

Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb. 

Yazıda  Fransanın maliyyə naziri Bruno Le Mer in fikirinə də yer verilib. O,  bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən "tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

Bununla belə, agentlik yazıb ki, dollar hələki liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub-saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələrdən yararlanmalı, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və Amerika valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir/Report 



SON XƏBƏRLƏR