37 yaşlı kişinin üstünə benzin töküb yandırdılar - Tovuzda DƏHŞƏT

img

04-10-2018 [11:25]


Tovuzda dəhşətli hadisə baş verib.

Mia.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib. Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb. E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR