Şriftin ölçüsü / 232 dəfə oxunub

Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb - Olimpiada

04 Oktyabr 2018 [10:32]

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşacaq.

Artıq komandaların heyətləri də məlumdur...

Ümumdünya Şahmat Olimpiadası

X tur

Kişilər

Azərbaycan - Ukrayna

Şəhriyar Məmmədyarov - Vasili İvançuk

Teymur Rəcəbov - Pavel Elyanov

Arkadi Naydiç - Yuri Krivoruçko

Rauf Məmmədov - Ruslan Ponomaryov

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Elina Danielyan

Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan

Xanım Balacayeva - Anna Sarqsyan

Gülnar Məmmədova - Mariya Kursova

Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edəcək. Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, 9 turdan sonra Azərbaycanın qadın millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət yığma 13 xalla 10-cu, eyni xala malik Ukrayna 16-dı yerdədir. 



SON XƏBƏRLƏR