"Barselona" "Tottenhem"i, "Portu" "Qalatasaray"ı uddu - Çempionlar Liqası

img

04-10-2018 [09:36]


Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.

İkinci oyun günündə 8 qarşılaşma baş tutub.

Turun mərkəzi görüşü İngiltərədə "Tottenhem" və "Barselona" klubları (İspaniya) arasında olub. Olduqca baxımlı keçən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Barselona"nın argentinalı forvardı Messi matçda dubl edib.

B qrupunun digər qarşılaşmasında "İnter" (İtaliya) və PSV (Hollandiya) klubları üz-üzə gəlib. Görüş qonaqların xeyrinə başa çatıb - 2:1.

A qrupuna gəldikdə isə burada Dortmund "Borussiya"sı Fransa "Monako"sunu qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında Madridin "Atletiko" komandası "Brügge"ni (Belçika) 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarının nəticələri: "Portu" (Portuqaliya) – "Qalatasaray" (Türkiyə) – 1:0, "Lokomotiv" (Rusiya) – "Şalke" (Almaniya) - 0:1. "Napoli" (İtaliya) – "Liverpul" (İngiltərə) – 1:0, PSJ (Fransa) – "Srvena Zvezda" (Serbiya) - 6:1.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR