ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "ATƏT PA-nın prezidentinin Qarabağla bağlı təklifləri var" - Deputat - mia.az
Şriftin ölçüsü / 395 dəfə oxunub

"ATƏT PA-nın prezidentinin Qarabağla bağlı təklifləri var" - Deputat

03 Oktyabr 2018 [22:15]
"ATƏT Parlament Assambleyasının bütün iclaslarında Dağlıq Qarabağ məsələsini qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq. Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçirilir, sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatlığını bir daha assambleyanın üzvlərinin diqqətinə çatdırırlar:

"Son günlər İrəvanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təklifləri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq. Ümumiyyətlə, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın.

Çünki beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nəhayət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR