Putindən qəzəbli bəyanat: "O, sadəcə casusdur, vətən xainidir”

img

03-10-2018 [21:47]


Rusiya prezidenti Vladimir Putin keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripalı vətən xaini və alçaq adlandırıb. O, oktyabrın 3-də Moskvada keçirilən iqtisadi forumda Skripala görə Rusyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı sualları cavablandırıb.

"Bəziləri Skripalı az qala hüquq müdafiəçisi adlandırırlar. O, sadəcə casusdur, vətən xainidir”,- Vladimir Putin deyib.

Putinin sözlərinə görə, Sergey Skripal və qızı Yuliya ətrafındakı qalmaqal süni şəkildə şişirdilir. Putin bir daha Rusiyanın bu məsələdə əli olmadığını bildirib.

"Hansısa kişilər gələrək Britaniyada evsizləri zəhərliyiblər? Bu, nə sayıqlamadır?” Putin deyib.

Putin bunu deyərkən Britaniya vətəndaşı Don Sterkesin Solsberidə "Noviçok” maddəsindən zəhərlənərək ölməsini nəzərdə tutub. Britaniyalı ekspertlər belə qənaətə gəliblər ki, rusiyalı agentlər Sergey Skripalı zəhərləyərkən "Noviçok” maddəsindən istifadə ediblər.

Putin bundan əvvəl Londonun bu işdə şübhəli bildiyi Aleksandr Petrovu və Ruslan Boşirovu mülki şəxslər adlandırıb və burda cinayət əməli olmadığını bildirmişdi.

Amma müxtəlif jurnalist araşdırmalarına görə, bu insanlar Rusiya kəşfiyyatının əməkdaşları ola bilərlər. "Bellingca” qrupu xüsusilə hesab edir ki, Boşirov adlanan adam rusiyalı polkovnik Anatoli Çepiqadır.

Martın əvvəlində Sergey Skripal və qızı, Yulia Solsberidə skamyada huşsuz vəziyyətdə tapılıblar. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar. İyunda isə britaniyalı Dawn Sturgess zəhərin tullantısı ilə təmasda olandan sonra ölüb, dostu isə xəstəxanaya düşüb.

Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb.

(Azadlıq radiosu)


Digər xəbərlər
SON XƏBƏRLƏR