Şriftin ölçüsü / 360 dəfə oxunub

Sentyabr ayında mətbuatda ən çox hansı təşkilatların adları hallanıb? - Monitorinq

03 Oktyabr 2018 [17:56]

MC&S-in media monitorinq qrupu 1-30 sentyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Qrupdan Mia.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. 

Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. 

Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1324 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (735 məlumat), sığorta şirkətləri arasında AtaSığorta (123 məlumat), ali məktəblər arasında BDU (1469 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (149 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/



SON XƏBƏRLƏR