Komitədən əlil arabası ilə bağlı açıqlama

img

03-10-2018 [15:43]


Dövlət Gömrük Komitəsi (DGG) gömrük orqanlarının Azərbaycan vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə 3 il sonra gömrük rüsumü tələb etməsi barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Kominə xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəştin nəzərdə tutulmadığını bəyan edib.

"T.Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisnai hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib", - deyə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

"Bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Konkret T.Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ DGK rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Digər xəbərlər
SON XƏBƏRLƏR