“Kimsə kiminsə qohumudur deyə, onu vəzifəyə qoymaq doğru deyil” – Partiya sədri

img

03-10-2018 [15:37]


"Son illər baş verən qəzalar, xüsusən də avtobuslarda baş verən hadisələr cəzasızlığın və səriştəsizliyin nəticəsidir”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, nəqliyyat sistemindəki dərəbəylik, şirkətlərə lisenziyaların verilməsi prosesindəki özbaşınaqlıq və qanunsuszluq faciələrlə nəticələnir:

"Binədə qatarla avtobusun toqquşması da buna əyani sübutdur. Bu və ya başqa məmurlara bağlı olan şəxslər şirkət açır, 5-6 avtobus alıb xəttə buraxırlar. Kimi gəldi işə götürürlər. Nəticə də ortadadır. Son hadisəni törədən avtobusun bağlı olduğu şirkət də Ziya Məmmədovun qohumunundur. Sabiq nazirlər, işdən çıxarılan digər məmurlar çalışırlar ki, guya ölkədə anarxiyadır, qanunlar işləmir. Bundan sonra da deyirlər ki, "görürsünüz, bizim vaxtımızda belə şeylər yox idi”. Mən dəfələrlə demişəm ki, dövlət başçısına qarşı xəyanət baş alıb gedir. Gördünüz ki, sabiq "Qaçqınkom” sədri Əli Həsənov Sumqayıtdakı opbyektini söküblər. Yəni, bu xəyanətlər yavaş-yavaş açılır. Dövlət bizimdir, onu qorumaq lazımdır. Ayrı-ayrı məmurların əməllərinə görə dövlətdən incimək olmaz. Xəyanətkar məmurlar var. Onlar hər zaman ölkədə aranın qarışmasını istəyiblər. Hətta çevriliş etmək niyyətində olanlar da olub. Amma bunun qarşısı alındı. Şəxsən mənim bu məsələdə böyük rolub olub ki, onları ifşa eləmişəm. İndi də imkan vermərəm ki, bu xəyanətlər davam eləsin”.

2017-11-02-12-32-47hafiz-fikirli.jpg (643×372)

Patiya sədri Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin yarıtmaz olduğunu bildirib. Onun sözlərinə görə, BNA rəhbərliyinin fəaliyyətində hər hansı müsbət məqam qyedə alınmayıb: 

"Kimsə kiminsə qohumudur deyə, onu vəzifəyə qoymaq doğru deyil. Prezident hər adamı yoxlaya bilməz. Ona elə təqdimat verirlər ki, oda etimad göstərir. Qısa müddətdən xoruzun quyruğu görünür. Təcrübəsiz adamları rəhbər təyin edəndə, o da işi düzgün qura bilmir. Nə qədər ki, hakimiyyətdə mənfur qüvvələr var, onlar ölkə başçısına normal işləməyə imkan verməyəcək. Hər dəfə bir sahədə problem yaradırlar ki, prezident bunların mənfur əməllərini görməsin. Amma biz buna imkan verməyəcəyik. Bütün mənfur qüvvələrin niyyətlərini açıb cəmiyyətə göstərəcəyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR