"Qarabağ" - "Arsenal" matçına 55 min bilet alınıb - Rəsmi

img

03-10-2018 [11:15]


 Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında oktyabrın 4-də keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Mia.az "Qarabağ"ın saytılna istinadən bildirir ki, 55 mindən çox bilet satılıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR