"Azəri-Çıraq-Günəşli" və “Şahdəniz”dən hasil edilən neft və qazdan nə qədər gəlir olub? - Fond açıqladı

img

03-10-2018 [10:35]


 Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından ümumilikdə 7,401 milyard dollar daxil olub.

Bu barədə Mia.az-a ARDNF-dan məlumat verilib.

Bildirilib ki, bu məbləğin 115 milyon dolları "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın payına düşüb: "2001-ci ildən bu il oktyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,887 milyard dollar gəlir əldə olunub. 2007-ci ildən "Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 milyard dollar əldə olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR