ABŞ-dan Ankaraya xəbərdalıq: "Onu buraxmamaqla çox gecikdiniz" - Trampın tələb etdiyi rahib azadlığa çıxır

img

03-10-2018 [09:28]


ABŞ Dövlət Departamentinin sözçüsü Türkiyəyə rahib Bransonla bağlı xəbərdarlıq edib.

Mia.az ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bir jurnalistin "Türkiyədə 35 il həbs ilə ittiham olunan rahib Bransonun oktyabrı 12-də buraxılacağı haqda xəbər yayılıb. Siz bu barədə nə deyə bilərsiz?" sualına cavab olaraq  rəsmi Ankaradan Bransonu tezliklə azad etməyə çağırıb:

"Mən sizin bu sualınızı təsdiq edə bilmərəm. Ancaq biz rahib Bransonun tezliklə vətəninə dönməsini istəyirik. Zatən Ankara onu buraxmamaqla çox gecikdi".

Sözçü rahiblə bağlı Türkiyə ilə daimi təmas içində olduqlarını da deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR