Bakıda sərnişin avtobusu ilə "Mercedes" toqquşdu - Xəsarət alan var

img

02-10-2018 [22:41]


Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report” xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.

Nəticədə "Mercedes"də olan 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR