warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 383 dəfə oxunub

"Arsenal"ın 4 futbolçusu "Qarabağ"la oyunu buraxacaq - RƏSMİ

02 Oktyabr 2018 [22:00]

İngiltərənin "Arsenal" klubunun qapıçısı Petr Çex 3-4 həftəlik sıradan çıxıb.

Klubun verdiyi məlumata görə, buna çexiyalı qolkiperin "Uotford"la Premyer Liqanın VII tur matçında dizaltı vətərindən aldığı zədə səbəb olub.

O, yaxın müddətdə bərpa kursu keçəcək. Beləliklə, Çex Avropa Liqasında "Qarabağ" və Portuqaliya "Sportinq"i, ölkə çempionatında isə "Fulhem" və "Lester"lə qarşılaşmalarda iştirak etməyəcək.

Otuz altı yaşlı oyunçu bu mövsüm "Arsenal"ın heyətində 8 matçın hamısında çıxış edib və 9 top buraxıb. Bundan başqa müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da zədəlidir.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 20:55-də başlanacaq/Report.



SON XƏBƏRLƏR