Paşinyanın tərəfdarları parlamenti mühasirəyə aldı: deputatlar binadan buraxılmır - Ermənistan yenə qarışdı

img

02-10-2018 [21:52]


 Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir.

Aksiyaçılar ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, yerli vətəndaşlar parlamentə girişi bağlayıblar və deputatlar binanı tərk edə bilmirlər.

Qanun layihəsi parlamentin ölkə baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR