ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Azərbaycanda balıq ovunu kimlər edə bilər? - Balıq növlərinə görə icazə qiymətləri + SİYAHI - mia.az
Şriftin ölçüsü / 283 dəfə oxunub

Azərbaycanda balıq ovunu kimlər edə bilər? - Balıq növlərinə görə icazə qiymətləri + SİYAHI

02 Oktyabr 2018 [20:17]
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) balıq ovu ilə bağlı vətəndaşlara müraciət edib. 

Mia.az nazirliyə istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir.

Məlumata görə, bir ton Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilə balıq növlərinin ovuna icazə alınmasına 287 manat, Çəki, Sıf balıqlarına 230 manat, Siyənək balığına 143,75 manat, Kilkə balığına 57,50 manat, Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növlərinə isə 115 manat ödəniş edilir: "Xarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.

Kvota və balıqovlama bileti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir".

Məlumatda o da bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə, 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR