Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

img

02-10-2018 [18:35]


Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Bundan əlavə, görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

Bildirilib ki, səfər oktyabrın 5-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub