Şriftin ölçüsü / 329 dəfə oxunub

"Gülnarə Kərimova məhkəmənin hökmünə əsasən cəzasını çəkir" - Baş Prokurorluq

02 Oktyabr 2018 [17:20]
Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova məhkəmənin hökmünə əsasən cəzasını çəkir.

"RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edək ki, ötən gün G.Kərimovanın qızı İman Kərimova "Instagram”dakı səhifəsində 29 sentyabr tarixli İstanbul - London aviareysinin minik qəbzinin fotoşəklini yerləşdirərək "anam indi evdədir” yazıb.

Daha əvvəl Baş Prokurorluğun nümayəndəsi İman Kərimovanın Özbəkistanı maneəsiz tərk etdiyini təsdiqləmişdi/Report.


SON XƏBƏRLƏR