ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Hafiz Hacıyev: “Qarabağ mitinqində ən çox bizim üzvlər idi” - mia.az
Şriftin ölçüsü / 315 dəfə oxunub

Hafiz Hacıyev: “Qarabağ mitinqində ən çox bizim üzvlər idi”

02 Oktyabr 2018 [16:23]
"Biz Qarabağa dəstək mitinqinə partiya olaraq qoşulmağa göstəriş vermişdik. Həmin mitinqdə elə ən çox iştirak edənlər də müasir müsavatçılar idi. Sadəcə, aparıcılar qısqanclıqdan adımızı çəkmədilər”.

Bunu AzEuroNews.com–a Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev Qarabağ Komitəsinin təşkil etdiyi mitinqlə bağlı danışarkən deyib. MMP sədrinin sözlərinə görə, Qarabağ mitinqi ümumi mənafeyə xidmət edir və məqsəd dövlət başçısına münaqişənin həllində dəstək verməkdir.

H.Hacıyev təəssüf edir ki, mitinqə Qarabağ bölgəsindən olan deputatlar, ziyalılar qoşulmadı: "Bu mitinqə yüzminlər gəlməliydi. Qarabağ hamımızındır. Bu mitinqdə heç bir siyasi şüar səslənmədi, partiyalar arasında fərq qoyulmadı.

Mən hakim partiya ilə, özünü ana müxalifət adlandıranlarla, satqınlarla Qarabağ naminə mitinqdə birgə iştirak etməyə hazıram. Düzdür, buna görə bizi qınayacaqlar. Amma olsun, torpaqlarımızın azadlığı üçün buna da gedərik. Ancaq Əli Kərimli, İlqar Məmmədov, Cəmil Həsənli kimiləri Qarabağ maraqlandırmadı. Halbuki, biz dövlətin maraqları üçün ordayıq.

Prezidentə dəstək verməliyik ki, xarici səfərlərdə xalqın səbr kasasının dolduğunu nümayiş etdirsin. Ona görə də özünə ana, dədə müxalifəti deyənlərin bu mitinqlə maskası bir daha yırtıldı”.

H.Hacıyev bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyada 7 rayonun qaytarılması tələbinə dəstək verilməsinin vacibliyini vurğuladı: "Bu mitinqlər davam etməlidir, dövlətə dayaq olmalıyıq, sağ olsun, Eldar İbrahimov da çağırış eləmişdi.

Sadəcə, bu ilk mitinq idi. Növbəti aksiyalarda planlaşma olmalıdır, kimə çıxış üçün söz verilməli olduğu deyilməlidir. Hələlik komitə təzə hazırlanıb. Pənah Hüseyn kimi güclü siyasətçi var, Akif Nağı kimi meydan təcrübəsi olan insanlar var. Biz daha yaxşı təşkilatlanmalıyıq”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR