Nəsimidə Beynəlxalq Ahıllar Günü qeyd edildi

img

02-10-2018 [16:15]


Hər il oktyabr ayının 1-ində  dünyanın bir çox ölkələri Beynəlxalq  Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub.

Mia.az xəbər verir ki, əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib. Tədbirdə İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son illər  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılıb.

Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, "20 yanvar” cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışıb

Tədbirin sonunda iştirakçılar birgə nahar etmiş və incəsənət ustalarının iştirakı ilə rəngarəng musiqi nömrələrini dinləyiblər. 







Digər xəbərlər
SON XƏBƏRLƏR