Şriftin ölçüsü / 416 dəfə oxunub

Sabiq nazir AGF prezidenti vəzifəsindən istefa verdi - Fazil Məmmədovun adı saytdan da çıxarılıb

02 Oktyabr 2018 [15:02]
Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb. 

"Report"un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb. 

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb. 

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.   


SON XƏBƏRLƏR