“Murtuz Ələsgərova təzyiq olurdu, amma o, sarsılmadı, geri çəkilmədi..." - Oqtay Əsədov

img

02-10-2018 [12:34]


"1990-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hakimiyyət əlindən gələni edirdi. Məhz belə bir vaxtda Murtuz Ələsgərov ümumilli lideri müdafiə edirdi. Həmin dövrdə sağlam qüvvələr Heydər Əliyevi dəstəkləyirdi. Murtuz Ələsgərovun mətbuatda yazılarla Heydər Əliyevi müdafiə etməsi o vaxt hakimiyyətdəkiləri narahat edirdi. Nəticədə onu qorxutmaq məqsədilə təhdid edirdilər, hətta ona fiziki xəsarət də yetirmişdilər”.

"Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O xatırladıb ki, həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ortaya atılan yaş senzi məsələsinə ilk etiraz edənlər biri də Murtuz Ələsgərov olub: "Murtuz Ələsgərova təzyiq olurdu, amma o, sarsılmadı, geri çəkilmədi, mübarizəsini davam etdirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövləti məhv olmaqdan xilas etdi. Murtuz Ələsgərov bunu görürdü”.

O.Əsədov bildirib ki, M.Ələsgərovun qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də xidmətləri böyük olub.

BDU-nun rektoru Abel Məhərrəmov isə çıxışında xatırladıb ki, o dövrdə Heydər Əliyevin əleyhinə olan yaş senzi məsələsini Murtuz Ələsgərovla müzakirə edib, parlamentə getməyi qərara alıblar: "Həmin illərdə də universitetdə çalışırdım. Murtuz Ələsgərov və mən bir qrup tələbə ilə parlamentə getdik. Bizə əngəl oldular, içəri buraxmırdılar. Şüşəni qırdıq, içəri keçdik. Həmin vaxt Murtuz müəllim əlindən və üz nahiyəsindən xəsarət aldı. Amma buna baxmayaraq iclasa qatıldı, etirazını bildirdi. O qeyd etdi ki, yaş senzi məsələsinin heç bir elmi əsası yoxdur. Murtuz Ələsgərov Heydər Əliyev yoluna sadiq olub”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR