Şriftin ölçüsü / 284 dəfə oxunub

Kiyevdə azərbaycanlı həmyerlisinin boğazını kəsdi - Vəziyyəti ağırdır

02 Oktyabr 2018 [11:00]

Ukraynanın paytaxtı Kiyev şəhərinin "Bessarabiskiy” bazarı qarşısında azərbaycanlı həmyerlisinin boğazını kəsib.

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Hüseynov Şirzad digər Azərbaycan vətəndaşı 1982-ci il təvəllüdlü Abdullayev Rəşadı bıçaqalayaraq ağır yaralayıb. Belə ki, Ş.Hüseynov R.Abdulalyevin boğazını dərindən kəsib. 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 

Kiyev şəhər Şevçenkovskiy rayon polisi Ş. Hüseynovu saxlayıb.



SON XƏBƏRLƏR