Azərbaycan neftinin qiyməti qalxır - Bir barel 86 dollara çatdı

img

02-10-2018 [09:36]


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 85,94 dollar/barelə bərabər olub. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR