Azay Quliyevlə Tahir Mirkişili Qırğızıstanda səfərdə olacaq - Milli Məclisdən açıqlama

img

01-10-2018 [19:45]


Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət  vəkili Tahir  Mirkişili qurumun payız  sessiyasında  iştirak  etmək  üçün oktyabrın 2-dən 6-dək  Qırğızıstanda  səfərdə olacaq.

Mia.az Milli Məclisə istinadən bildirir ki, Bişkək  şəhərində  keçiriləcək toplantıda 3  sessiya  çərçivəsində etimad  və  regional  əməkdaşlıq  vasitəsi ilə  sərhəd  bölgələrində  yeni çağırış və təhdidlərə  qarşı mübarizə, Aralıq  Dənizi Forumu  və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının  gücləndirilməsi barədə  məsələlər  müzakirə ediləcək: "Deputatlarımız  müzakirələrdə  fəal iştirak  edəcəklər.  Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək  Yolu Dəstək Qrupunun iclası  da  keçiriləcəkdir".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR