Bakıda marşurut qatarla toqquşdu - 1 ölü, 8 yaralı + Fotolar

img

01-10-2018 [15:24]


Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Mia.az  xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.


***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 


***

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 




Digər xəbərlər
SON XƏBƏRLƏR