Azay Quliyevdən peşə birlikləri ilə bağlı TƏKLİF

img

01-10-2018 [13:42]


"Peşə birlikləri haqqında” yeni qanunun qəbul edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin bugünkü iclasında, QHT Şurasının sədri, deputat Azay Quliyev çıxış edib.

Azay Quliyev deyib ki, bu qanunun qəbul olunmasına ciddi ehtiyac var.

"Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Spiker Oqtay əsədov da deputat Azay Quliyevin təklifini dəstəklədiyini bildirib. "Hesab edirəm ki, sizin təkliflərinizə müvafiq komitələr tərəfindən baxılacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR