Şriftin ölçüsü / 273 dəfə oxunub

Fazil Mustafa işdən çıxarılan məmurların müdafiəsinə qalxdı

01 Oktyabr 2018 [12:27]

"Hesab edirəm ki, Azərbaycanda "Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Bildiyimiz kimi, Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görülür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu və s.

"Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər şəxs vəzifəsinə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir axı. Çünki bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur. Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması müxanizmi vacibdir”.

Modern.az




SON XƏBƏRLƏR