Şriftin ölçüsü / 147 dəfə oxunub

Gürcüstanda polietilen paketlərdən istifadə qadağan olunub

01 Oktyabr 2018 [11:26]
Gürcüstanda polietilen paketlərdən istifadənin tədricən ləğv olunmasını nəzərdə tutan yeni tənzimləmələr bu gündən qüvvəyə minib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, ölkədə qalınlığı 15 mikrondan az olan polietilen paketlərin istehsalı, idxalı və satışı qadağan edilib.

Bununla yanaşı, istehsalçılar hər bir paketdə loqotip və şirkətin adını göstərməlidirlər. 

2019-cu ilin aprelindən isə qonşu ölkədə istənilən qalınlıqlı polietilen paketlərin istehsalı, idxalı və satışı tamamilə qadağan ediləcək.

Gürcüstanda yalız bioloji əsaslı paketlərin istifadəsinə icazə veriləcək.

Qaydaların pozulacağı halda şirkətlər 500 lari (təxminən 200 dollar) məbləğində cərimə olunacaq, onların malları isə müsadirə ediləcək. Təkrar qayda pozuntusuna görə isə 1000 lari məbləğində (400 dollara yaxın) cərimə tətbiq olunacaq.


SON XƏBƏRLƏR