Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşacaq - Şahmat Olimpiadası

img

30-09-2018 [11:27]


 Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.

Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur:

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan - Çexiya

Şəhriyar Məmmədyarov - David Navara

Teymur Rəcəbov - Viktor Lazniçka

Arkadi Naydiç - Zbinek Qraçek

Rauf Məmmədov - İrji Stoçek

Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.

Qadınlar

Azərbaycan - Latviya

Günay Məmmədzadə - Laura Roqule

Xanım Balacayeva - İlze Berzina

Gülnar Məmmədova - Linda Krumina

Ülviyyə Fətəliyeva - Elizabete Limanovska

Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.

Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR