Şriftin ölçüsü / 559 dəfə oxunub

“Dollardan imtina edilməsi ABŞ-ı zəiflədəcək” - Lavrovdan ABŞ-a gözdağı

29 Sentyabr 2018 [23:06]

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə ölkənin ABŞ dollarından imtina etməsinin ABŞ-ı zəiflədəcəyini bildirib.

DHA xəbər verir ki, Lavrov ABŞ-ın qlobal valyuta və maliyyə sistemində dollardan sui-istifadə etdiyi üçün digər ölkələrin də qabaqlayıcı tədbirlər gördüyünü söyləyib:

"Gələcəyini düşünən bütün ölkələr bu asılılıqdan çıxmaq üçün yollar axtarmağa başlayıblar. Bu proses davam edəcək və nəticədə ABŞ-ın təsiri azalacaq”.

Lavrov dollardan çox asılı olmamaq üçün bu valyuta ilə açılan bank hesablarında digər valyutaların istifadəsinin yaxşı alternativ olduğunu da sözlərinə əlavə edib.

"Qafqazinfo”


SON XƏBƏRLƏR
10:19 22.10.2018
İnam Kərimov Parisdə