28-09-2018 [16:57]
Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçiriləcək və bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu "Qarabağ mitinqi”nə icazə verib.
Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək.
Modern.az Azərbaycan siyasi arenasında fəaliyyət göstərən partiyaların mitinqdə iştirak edib-etməyəcəyi barədə sorğu keçirib. Görəsən, siyasi partiya rəhbərləri "Qarabağ mitinqi”ndə iştirak etməyi zəruri hesab edirmi?
İlk olaraq, mitinqin təşkilatçılarından biri olan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə həmsöhbət olduq. Partiya sədri rayon təşkilatlarını, bütün Azərbaycan üzrə tərəfdarlarını və üzvlərini mitinqlə bağlı səfərbər etdiklərini vurğulayıb:
"Çalışırıq ki, sabah Qarabağın adına layiq mitinq baş tutsun. Ən azı beynəlxalq təşkilatlar və Ermənistan görməlidir ki, Azərbaycanla hədə-qorxu, güc dili ilə danışmaq olmaz. Bu xalq istənilən an hakimiyyətin, müxalifətin yaxud sadə bir insanın Qarabağ çağırışı ilə ayağa qalxa bilər. Qarabağ məsələsi tək iqtidarın və müxalifətin yox, bütün Azərbaycanın problemidir. Güman edirəm ki, Azərbaycan vətəndaşları, ürəyi Qarabağla döyünən insanlar mitinqdə səsini ucaldacaqlar.
"Qarabağ mitinqi”nin təbliğ olunmasında jurnalistlərin də üzərinə böyük yük düşür. Onlar çağırış edib, təbliğat aparmalı, ən sonda hər biri meydanda olmalıdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı da "Qarabağ mitinqi”nin qatı tərəfdarlarındandır. O xatırladıb ki, bir müddət əvvəl partiya Dünya Azərbaycanlıları konqresi adından "Qarabağ forumu” keçirdi:
"Həmin formda da qərara aldıq ki, Qarabağ məsələsi ümummilli problemdir. Ona görə, mitinqdə mütləq iştirak edəcəyik. Burada iqtidar, müxalifət söhbəti olmamalıdır. Hər birimiz "Qarabağ” deyə-deyə hakimiyyətə gəlmişik. Qarabağla bağlı yenidən millətin, xalqın səsini ucaltmaq mütləqdir”.
Azərbaycan Milli İstiqlal Partiyası(AMİP) isə "Qarabağ mitinqi”ndə iştirakla bağlı konkret qərar verməsə də, mitinqdə təmsil olunacaq.
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucluhesab edir ki, mitinqdə iştirak hər insanın içindən gələn Qarabağ sevgisi, vətənə olan borcudur:
""Qarabağ mitinqi”ndə iştirakla bağlı təşkilatçılar tərəfindən bizə müraciət olunmadı. Ona görə, partiya daxilində mitinqdə iştirak etmək məsələsi müzakirəyə çıxarılmadı. Lakin bununla əlaqədar xüsusi qərar verilməsinə ehtiyac da yoxdur. Fərdi şəkildə bütün partiya üzvləri iştirak edə bilərlər.
Mən özüm də, partiya rəhbərliyi də sıravi Azərbaycan vətəndaşı kimi mitinqdə iştirak edəcəyik. Çox istərdik ki, mitinq izdihamlı, möhtəşəm alınsın, xalqın səsi bütün dünyaya yayılsın”.
Milli Dirçəliş Hərəkatı Partiyasınınsədri, deputat Fərəc Quliyev də "Qarabağ mitinqi”ni zəruri hesab edir. Onun sözlərinə görə, belə mitinqin keçirilməsi daxili auditoriya və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyətlidir:
"Bu, insanların milli duyğularının oyanması baxımından vacibdir. Qarabağ məsələsində iqtidar, müxalifət məsələsi yoxdur. Hər kəs sərbəst şəkildə mitinqdə istifadə edə bilər”.
"Qarabağ mitinqi”ndə iştirak edəcək siyasi partiyalar sırasında Müasir Müsavat Partiyası da var. Partiyanın sədri Hafiz Hacıyev artıq bununla bağlı qərar verildiyini diqqətə çatdırıb:
"Sabahkı mitinqdə iştirak edəcəyik. Bütün partiya rayon təşkilatlarına göstəriş vermişik, təbliğat işlərinə davam edirik. Qarabağ artıq namus məsələsidir, Azərbaycan dərdidir. Burada iqtidar, müxalifət ayrılığı müzakirə mövzusu deyil. Mən Yeni Azərbaycan Partiyasını (YAP) da mitinqdə iştirak üçün dəvət etmişəm. Hər kəs meydanda olmalı, Qarabağla bağlı səsini ucaltmalıdır. Biz bununla Ali Baş Komandana yardım edirik. O isə beynəlxalq təşkilatlar qarşısında çıxış edərək vurğulayır ki, xalqım məndən Qarabağı azad etməyi tələb edir”.
H. Hacıyev ona mitinqdə çıxış etməyi təklif etdiklərini də söyləyib:
"Lakin çıxış etməyəcəyəm. Amma bütün fəallarımız, partiya üzvləri "Qarabağ mitinqi”ndə olacaq”.
Maraqlıdır ki, bəzi partiyalar sabah baş tutacaq "Qarabağ mitinqi”ni əhəmiyyətli hesab etmirlər.
Məsələn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmir:
"Qarabağı ancaq silahla azad edə bilərik. Mitinq keçirməklə işğal altındakı torpaqlarımızı azad etməyə bir addım da yaxınlaşa bilmərik. Hökumətin bu istiqamətdə ciddi fəaliyyətə keçməsinə çalışmalıyıq. Partiya tərəfdarlarına, üzvlərimizə tapşırıq vermişik ki, mütləq "Qarabağ mitinqi”ndə iştirak etsinlər. Halbuki, özümüz bu mitinqi faydalılıq, yararlılıq baxımından yetərli hesab etmirik”.
S.Cəlaloğlu vurğulayıb ki, ADP mitinqdə təşkilatçı deyil, sadəcə müşahidəçidir:
"Fikrimizi orada da bildirdik ki, mitinq vacib deyil. Hər halda əhalinin, azərbaycanlıların Dağlıq Qarabağ məsələsinə münasibəti bu mitinqlə üzə çıxacaq. Ümid edirik, gözlənilən nəticə əldə ediləcək”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadədə "Qarabağ mitinqi”nə qatılmayacaq:
"Mitinqdə iştirak etmək fikrində deyiləm. Düşünürəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini mitinqlə deyil, dövləti, xarici siyasəti, hərbi gücü və iqtisadiyyatı gücləndirməklə həll edə bilərik. Ona görə, "Qarabağ mitinqi”ndə səs ucaltmağı lazım bilmirəm.
Bütün bunlara rəğmən, partiya üzvlərinə mitinqdə iştirakla bağlı bağlı məhdudiyyət yoxdur. Kim istəyirsə, fərdi şəkildə "Qarabağ mitinqi”nə qatıla bilər”.
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib