Ərdoğan Trampla ayaqüstü görüşündən danışdı: "Mənə “görüşərik” desə də, təşkil etdiyi nahara getmədim”

img

28-09-2018 [15:34]


ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı təzadlarla doludur və digər liderlər tərəfindən tənqid olunub.

TASS informasiya agentliyin xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Nyu-Yorkdan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

"Donald Trampın söylədikləri bir çox liderin tənqidinə məruz qalıb. Onun çıxışında çoxlu təzadlar var. "Güclüyəm, deməli haqlıyam” mövqeyi ilə ədalətli dünya nizamı qurmaq mümkün deyil”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Tramp bəzi ölkələri sərhədləri xaricində hərbi əməliyyatlar aparmaqda ittiham etsə də, eyni zamanda, İsrailin bu cür siyasətini dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyası çərçivəsində Trampla görüşünü də şərh edərək deyib: "Mən ABŞ prezidenti ilə ayaqüstü söhbət etdim. Orada onun administrasiyanın nümayəndələri, vitse-prezident Maykl Pens, dövlət katibi Maykl Pompeo, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və prezidentin xanımı da vardı. Tramp mənə "görüşərik” desə də, onun sonradan təşkil etdiyi nahara getmədim”.

Azərtac

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR